AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir - DEPUTAT

  • + A
  • - A
  • 7-04-2023, 13:43

    Bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir - DEPUTAT

    Millət vəkili Etibar Əliyev Milli Məclisdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı kəskin çıxış edib. Azadmedia.az sözügedən çıxışın mətnini təqdim edir:
    Bələdiyyələrlə bağlı çox mühüm Fərman və Sərəncamlar var. Ancaq icra olunurmu? 15 yanvar 2001- ci ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI var. Hələ indiyə kimi əmlak Bələdiyyələrə verilməyib. Bakı Bələdiyyələrinə Torpaqların xəritəsi belə verilməyib.

    Bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir. Seçildiyim Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 6.000-dən çox sənədsiz ev var. Mədən vergisi Bələdiyyələrdən alınaraq Dövlət vergi xidmətinə verilib. Bələdiyyələrə Əmlak vergisi və torpaq vergisi qalıb. Torpağın 1 sotuna tutulan vergi 60 qəpikdir. Bu vəsaitlə yerli idarəetmə qurumunu necə saxlamaq olar?
    Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Mən açıq danışacam. Biz çox vaxt ictimai maraqları şəxsi maraqlara qurban veririk. Adını çəkdiyim bu rayonda 5 il İcra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda İcra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıblar və zəbt ediblər. Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil kommunal təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bir rayonu 4 nəfər işğal edib.
    Təsəvvür edin, 222.000 əhalisi olan bir rayonda bir Peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var. Peşə təhsilinə təlabatı hamı bilir. Ancaq bu adamların əlindən gələcəkdə Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Məncə belə hallar başqa rayonlar üçün də xarakterikdir.

    Belə olan halda hansı Bələdiyyə torpaqlarından danışmaq olar.
    Belə adamların əlindən elə əvvəldən Bələdiyələr zəlil günə qalıblar. Bu adamların əlindən ölkəyə böyük zərbələr dəyir. Birini deyim: Məsələn, Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqdə tək Azərbaycanın daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR