AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı

  • + A
  • - A
  • 12-04-2023, 11:54

    Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı


    Naxçıvan Muxtar Respublikasının (MR) səhiyyə naziri vəzifəsindən azad olunub.

    Bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, səhiyyə naziri Niyazi Novruzov bu gün tutduğu vəzifədən azad edilib.

    Digər sərəncamla Samiq Asəf oğlu Sadiqov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib və o nazirin vəzifələrini müvəqqəti icra edəcək.

    Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR