Bir-iki gündür ki, ayrı-ayrı xəbər portalları, bəzi sosial şəbəkə istifadəçiləri və s. sanki iş-güclərini buraxıb, heç bir əsas olmadan “Orbita” MTK haqqında “hay-həşir” salmaqla məşğul olurlar. Yəni, “amandı qoymayın” deyə, nəyin necə əmələ gəlməsini dəqiqləşdirmədən, heç bir araşdırma işləri aparmadan hər kəsə saxta məlumatlar ötürürlər. Belə ki, onlar yayımladıqları yazılarında, etdikləri paylaşımlarında paytaxtın Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında “Orbita” MTK-nın inşa etdiyi binada çat əmələ gəlib deyə, birbirinin bəhsinə girərək “vay-şüvən” salırlar. Guya ki, onlar bu şirkətin istifadəsində olan telefon nömrələrinə zəng edib, qarşı tərəfdən qeyd olunan problemə münasibət öyrənmək istəsələr də, bir kimsə telefon zənglərinə cavab verməyib. Görəsən, bu nə dərəcədə inandırıcıdır?! Bu cür cəfəng açıqlamaya inanmaq olarmı? Əsla yox! Çünki, “Orbita” MTK uzun illərdir ki, ölkəmizin tikinti sektorunda fəaliyyət göstərir və bu gün də çoxsaylı müştəri kontingentinin bu şirkətlə sıx bağlılıq əlaqələri var. O halda sual oluna bilər ki, nədən müştərilər şirkətə zəng edib onları maraqlandıran məsələlərə cavab əldə edə bilirlər, amma media təmsilçiləri buna nail ola bilmirlər?
Digər tərəfdən, yayılan video- informasiyanın da heç bir əsası yoxdur. Çünki, aparılan araşdırmalar zamanı aydın olur ki, qeyd olunan problem çat deyil, məhz bina sakininin yaşadığı mənzilinə kondinsioner quraşdırmaq məqsədilə divardan açdığı deşikdir. Yəni, baş verən olayı bu qədər şişirdib fantaziyaya çevirmək, əslində Allah-Təalanın qarşısında günah işlətməkdən başqa bir şey deyil. Olmaz belə, olmaz bu qədər! Əslinə baxsan, bu kimi saxta məlumatın dövriyyəyə buraxılmasında, sanki bir qaragüruhçuluq var. Yaxşı olmazmı ki, bu cür məlumatlar daxil olarkən ilk əvvəl yerində araşdırma aparılsın, qarşı tərəfdən mövqe öyrənilsin, daha sonra ümumiləşdirilmiş məlumatlar ictimaiyyətə çatdırılsın. Deməli, bu yöndə heç bir araşdırma aparılmadan əsası olmayan məlumatın dövriyyəyə buraxılması və “Orbita” MTK haqqında “hay-həşir”in salınması və s. onu göstərir ki, bu cür addımlar bəzi qüvvələrin maraq dairəsindədir. Söhbət, ölkəmizin tikinti sektorunda böyük rola malik olan bu şirkətin nüfuzuna xələl gətirməkdir. Başqa cür də ola bilməz! Amma, onu da dərk etmək lazımdır ki, “Orbita” MTK-nın fəaliyyəti ilə bağlı nə qədər şər-böhtan danışılsa da, dövriyyəyə saxta məlumatlar ötürülsə də, bunların heç biri keçərli olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.