AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir daha 2 polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

  • + A
  • - A
  • 6-05-2023, 11:53

    Nazir daha 2 polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI


    Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.

    AzadMedia.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.

    Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

    Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.

    Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR