Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə aksiyası keçirilib.
Bakı, 7 may — Azadmedia.azÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası baş tutub.
Azadmedia.az xəbər verir ki, aksiyada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları - Tahir Mirkişili, Məşhur Məmmədov, Anar Məmmədov, İqbal Məmmədov, digər həmkarları və başqa qurumların əməkdaşları iştirak ediblər.
Məlumdur ki, təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub.
Belə ki, aksiyanın əsas məqsədi də ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Allah Ulu Öndərə rəhmət eləsin!