AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilər Laçın postunda belə yoxlanılır - VİDEO

  • + A
  • - A
  • 11-05-2023, 18:46

    Ermənilər Laçın postunda belə yoxlanılır - VİDEO

    Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməni əsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.

    AzadMedia.az report-a istinadən xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların rahat gediş-gəlişi təmin olunur.

    Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR