Mayın 11-də Böyük Britaniyada ənənəvi Royal Windsor Horse Show başlayıb. Vindzor qəsri ərazisində baş tutan tədbir 60 nəfərlik Azərbaycan nümayəndə heyətinin ilk çıxışı olub.
Yağışlı havaya baxmayaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvari dəstəsi 20 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların rəğbətini qazanıb.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanan şou-proqramın rejissor-prodüseri jurnalist Rövşən Cahangirov, quruluşçu rəssamı Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının bədii rəhbəridir. Mühafizə xidməti, əməkdar artist Fərid İbrahimov, təlimatçı-prodüser İmran Əhmədlidir.
"Şou-proqram tədbir iştirakçıları tərəfindən coşqu ilə qarşılanıb, tamaşaçılar iştirakçılarımızı sürəkli alqışlarla alqışlayıblar", - məlumatda deyilir.
Azərbaycan nümayəndə heyətinin çıxışları mayın 14-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.