Bakı, 14 may — Azadmedia.az
Azərbaycan millət vəkilləri Bakıda səfərdə olan Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hanafi Gibalinin başçılıq etdiyi parlament nümayəndə heyətini qarşılayıblar.
Azadmedia.az xəbər verir ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfərdədir.
Belə ki, qarşılamada nümayəndələr bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Həmçinin Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, tərəflər iki ölkə arasındakı ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar.
Ülkər Piriyeva