Bakı, 25 may — Azadmedia.az
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyevin iştirakı ilə Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Azadmedia.az xəbər verir ki, səyyar qəbul zamanı mənzil təminatının yaxşılaşdırılması, rayon ərazisində su, qaz, işıq təchizatı, infrastruktur və.s. məsələlər barədə vətəndaşların problemləri dinlənilib.
Belə ki, əksər səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qeyd edək ki, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon sakinləri ölkə rəhbərliyinə minnətdar olmaqla bərabər, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyevə təşəkkürlərini bildiriblər.