AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin növbədənkənar iclasları keçirilə bilər

  • + A
  • - A
  • 26-05-2023, 09:34

    Milli Məclisin növbədənkənar iclasları keçirilə bilər
    Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.

    Parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclasların çağırılacağı gözlənilir.

    Məlumata görə, iyunda parlamentin azı iki növbədənkənar iclasının keçirilməsi planlaşdırılır.

    İyun ayının sonlarında deputatlar növbədənkənar iclasları başa vurub, sentyabrın 15-nə kimi yay tətilinə yollanacaqlar.

    Prosedur qaydalarına əsasən parlamentarilər sentyabrın 15-də növbəti payız sessiyasının komitə iclaslarına start verərək, fəaliyyətlərini davam etdirəcəklər.

    Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edən tərəflər müəyyənləşdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR