Türkiyə qazandı.Əslində qazanan təkcə Türkiyə deyil həmdə Azərbaycan və Türk dünyası qazandı.
Bu seçkilər Türkiyə üçün həyati əhəmiyyət daşıyırdı.Ərdoğanın qarşısında Türkiyənin İHA və SİHA-sına toxunacağıq, terrorçuları sərbəst buraxacağıq, bölgələrə muxtariyyət verəcəyik,Azərbaycanı beynəlxalq layihələrdən kənarda qoyacağıq, Azərbaycan dost deyil, təəssüfki, 44 günlük savaşda Azərbaycanı müdafiə etdik deyən anti milli ünsürlər bütün güclərini toplasalarda nəticədə Türklük qazandı.
Bütün qərb dünyasının Ərdoğana qarşı durduğu bir məqamda milli qüvvələr böyük və qüdrətli Türkiyə naminə Ərdoğan dedi.
Milli qüvvələr xüsusən prezidentliyə namizəd Sinan Oğanın Ərdoğan deməsi boşuna deyil.
Əslində Sinan Oğan Ərdoğan deməsi böyük və qüdrətli Türkiyəyə hə deməsidir.
Bütün imkanlarımızla Azərbaycanın yanındayıq deyən Türkiyə qazandı.
Ərdoğan elə bir qələbə qazandıki, Türkiyə heçnə itirmədi, əksinə qazanan Türkiyə oldu.
Qardaş Türkiyəni və sayın Ərdoğanı seçkilərdə qazanılan qələbə münasibətiylə təbrik edirəm.
Zəhmət olmasa basdigi deyisin
Güloglan Cabbarlı,
Dünya və Avropa cepionu, hüquq məsləhətçisi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.