“28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamal Cəfərov bildirib.
“Seçkilərin nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi. Bundan başqa zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi. Mənfəət uğruna birləşən ittifaq məğlub oldu, ali dəyərlər uğrunda savaşan "Cümhur ittifaqı" qazandı. Eyni zamanda Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı. Əlbəttə, yaxşı gündə əsl dost, əsl qardaş ən azı onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkiləri yaxından izləyirdi, biz türk millətinin qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkilərin birinci və ikinci turunda həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu. "Bir millət, iki dövlət" anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycan arasındakı münasibətləri "Bir yumruq" zirvəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev də bütün dünyaya əsl qardaş, etibarlı dost necə olmalıdır, onu bir daha sübut etdi”, - deyə deputat vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.