"Dünya elektron avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektron avtomobillərdir".
Bunu Milli Məclisdə komitə iclasında deputat Əli Məsimli deyib.
"Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar və s. üst-üstə yığılanda onun gömrük gəlirinin 3-də iki hissəsinə, bəzən hardasa 80-90 faizinə bərabər olsun. Həddən artıq insafsız göstəricilərdən alınan vəsaitin bir hissəsinin Utilizasiya Fonduna keçirilməsini, ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması varinatını təklif edirəm", - deyə deputat bildirib.
Ə.Məsimli qeyd edib ki, o qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu qiymətlərin artmasına təsir göstərəcək:
"Çörəyin, avtomobilin qiyməti qalxan kimi, bu, psixoloji cəhətdən başqa məhsulların qiymətinin qalxmasına təsir göstərir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.