" Təəssüflər olsun ki, "Son zəng" zamanı kriminla mahnılar daha çox səslənib. Bilmək istəyirəm ki, Təhsil Nazirliyində və məktəbdə olan şəxslər hara baxırlar?"
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, nədən məktəblilərin bu sahəyə marağının qarşısını ala bilmirik:
"Başa düşdük, məktəbli kənarda qulaq asa bilər, bunu nəzarətdə saxlaya bilmirik. Amma orta məktəblərdəki tədbirlərdə kriminal həyatı təbliğ edən mahnılara necə göz yumulur və onlar sosial şəbəkələri bəzəyir. Bu haqda düşünməliyik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.