AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər kəs onu qınayacaq - Komitə sədrindən Gədəbəydəki insidentə MÜNASİBƏT

  • + A
  • - A
  • 21-06-2023, 11:19


    “Bir polis əməkdaşının əməli bütün polislərə şamil olunmamalıdır”.

    Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Gədəbəydə baş vermiş insidentə münasibət bildirərkən deyib.

    O, Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi ilə bağlı araşdırma aparıldığını diqqətə çatdırıb.

    “Daxili İşlər Nazirliyi tərəfindən tədqiqat aparılır. Nazirlik nümayəndələrini hadisə yerinə göndərib. Əgər bu, həqiqətdirsə, yolverilməzdir. Çünki polis vətəndaşın təhlükəsizliyini qoruyur. Son illər ərzində ictimai asayişin qorunmasında polis özünü müsbət cəhətdən çox yaxşı göstərib. Vətəndaşların rəğbətini qazanıb. Hansısa bir polis nəfəri tərəfindən hadisənin törədilməsi hesab edirəm ki, bütün polis orqanlarının adına yazıla bilməz.

    Tədqiqatın nəticəsində həqiqətən belə bir halın baş veridiyi məlum olsa, hər kəs bunu qınayacaq. Çünki bu cür rəftar olmamalıdır. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Vətəndaşların hüquqları qorunur. Onların təklifləri dinlənilir, qəbul olunur. Hər kəs hüquqi baxımdan öz sözünü deyə bilər. Polis də hüquq qaydalarına əməl etməli, asayişi qorumalıdır. Əgər polis gözyaşardıcı qazdan istifadə edirsə, bu hal yolverilməzdir. Belə hal varsa, əbəttə ki, Daxili İşlər Nazirliyi bununla bağlı çox ciddi tədbir görəcək”, - deyə komitə sədri vurğulayıb.

    T.Rzayev xoşagəlməz əməli müzakirələrə səbəb olan polis əməkdaşının işdən çıxarıla biləcəyini istisna etməyib:

    “Qanun hər bir Azərbaycan vətəndaşı üçün şahdır. O, vəzifədən azad oluna, haqqında müəyyən icbari məsuliyyət tədbiri görülə bilər. Çünki vəzifəsini lazımi qaydada yerinə yetirməyib. Biz bu gün onun şahidiyik ki, Daxil İşlər Nazirliyi nöqsanlara yol verən polis işçiləri barəsində çox ciddi tədbirlər görür. Bizim təhlükəsizliyimiz onların əlindədir. Onlar bizim təhlükəsziliyimizi təmin edir. Əgər polislər özləri qanunu pozursa, təbii ki, barələrində tədbir görülməlidir”.

    Qeyd edək ki, ötən gün Gədəbəydə çəkilən görüntülər ciddi səs-küy doğurub. Sosial şəbəkələrdə yayılan videoda polisin yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə etməsi əks olunub.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırma başladıb.

    "O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsinə, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır" - deyə DİN-in yaydığı məlumatda bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR