AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Pakistan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir

  • + A
  • - A
  • 21-06-2023, 12:00

    Azərbaycanla Pakistan arasında əlaqələr  yüksələn xətt üzrə inkişaf edir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 iyun tarixindəPakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, iki qardaş ölkə arasında olan münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.

    Pakistan 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə olmuşdur.

    Torpaqlarımızın işğalı zamanı Pakistan qeyd-şərtsiz Azərbaycana öz dəstəyini nümayiş etdirib. 44 günlük Vətən müharibəsi dövründə 200 milyonluq Pakistan xalqı və qardaş ölkənin rəsmi dairələri birmənalı olaraq Azərbaycanın yanında olduqlarını nümayiş etdirmişlər. Vətən müharibəsi başlanan kimi, Pakistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərəkvurğulamışdır ki, erməni silahlı qüvvələrinin növbəti təxribatı bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdid yaradır və Pakistan qardaş Azərbaycan xalqının yanında olmaqla ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Torpaqlarımızın işğalcı Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq zəbt edilməsi səbəbindən Pakistanın onunla diplomatik münasibətlər qurmamasını dövlətimiz yüksək qiymətləndirib. Azərbaycanda öz növbəsində Kəşmir məsələsində hər zaman qardaş Pakistanı bütün beynəlxalq platformalarda dəstəkləyib.

    Əhəmiyyətli məsələlərdən biridə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz “razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək”. Mühüm istiqamətlər sırasında enerji sahəsində, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində əməkdaşlıq qeyd olunmalıdır.

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR