Bakı, 6 iyul — Azadmedia.azDeputat Ülvi Quliyevin növbəti vətəndaş qəbulu baş tutub.
Azadmedia.az xəbər verir ki, deputat Ülvi Quliyev Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
Belə ki, vətəndaşlarla fərdi qaydada görüşən deputat Quliyev onların müraciət və təkliflərini tam şəkildə dinləyib.
Qəbulda həmçinin şəhid ailələri olub. Deputat Quliyev şəhid Cavanşir İbrahimovun anası Lətifə xanım və şəhid Feyruz Cəlilovun oğlu Qabil Cəlilov tərəfindən səsləndirilən problemlərin öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyini bildirib.
Həmçinin nəzərinizə çatdıraq ki, müraciətlər nəzarətə götürülüb, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi operativ şəkildə yerindəcə həllini tapıb.
Deputat Ülvi Quliyev həmçinin qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, nümayiş etdirdikləri yüksək mədəniyyət nümunələri hər bir dövlət məmuru üçün bir mənalı şəkildə örnək olmalıdır.