AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MƏŞHUR MƏMMƏDOV: “CƏNAB PREZİDENT MƏTBUATA BÖYÜK DİQQƏT AYIRIR”

  • + A
  • - A
  • 21-07-2023, 10:32

    MƏŞHUR MƏMMƏDOV: “CƏNAB PREZİDENT MƏTBUATA BÖYÜK DİQQƏT AYIRIR”

    Azərbaycan mətbuatında senzuranın ləğvi məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə aiddir. Ümummilli lider hər zaman qələm adamlarına, jurnalistikaya hörmətlə yanaşıb. Mərhum Heydər Əliyev jurnalistlərlə görüşlər keçirər, söhbətləşər, müsahibələr verərdi. Yadımdadır ki, hər xarici səfərdən qayıdışında jurnalistlərə açıqlama verərdi. Onun prezidentliyi dövründə mətbuat öz inkişaf mərhələsinə qədəm qoydu. Bu gün 148 yaşlı Milli Mətbuatın inkişafında Ulu öndərin böyük əməyi olub”. Bu sözləri millət vəkili Məşhur Məmmədov Tribunainfo.az-a Milli Mətbuat Günü ilə bağlı bildirib. Deputatın sözlərinə görə, cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə mətbuat müasir inkişaf mərhələsinə keçid etdi: “Cənab Prezident həmişə jurnalistlərə qayğı ilə yanaşıb. Onların mənzillərlə təmin edilməsi, dövlət büdcəsindən ildə iki dəfə çap və elektron mətbuata vəsait ayrılması məhz cənab İlham Əliyevin diqqətinin, qayğısının nəticəsidir. Eyni zamanda, prezident bir neçə il əvvəl çıxışında deyib ki, jurnalistlər mənim köməkçilərimdir. Prezident bildirib ki, hansısa qanun pozuntuları, məmur özbaşınalığı haqda bir çox hallarda mətbuatdan məlumat alır. Bu da göstərir ki, həm cənab prezident mətbuatı diqqətlə izləyir, həm də ölkədə qanun pozuntusu qeydə alınırsa, bunun ifşa edilməsində medianın roluna da böyük əhəmiyyət verir”.
    M.Məmmədov bütün media əhlini təbrik edərək onlara fəaliyyətində uğurlar arzulayıb: “Bu gün Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası mühüm layihələr, islahatlar həyata keçirir. Dövlət başçısı jurnalistlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır. Təbii ki, mediamızda çatışmazlıqlar da var, amma ümumi tendensiya inkişafdan xəbər verir. Mən jurnalist dostlarımızı təbrik edir, onlara yorulmadan çalışmağı arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR