AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallıda seçiciləri ilə növbəti görüş keçirib - FOTOLAR

  • + A
  • - A
  • 26-07-2023, 23:00


    Deputat Məşhur Məmmədov Masallıda seçiciləri ilə növbəti görüş keçirib -


    Bakı, 26 iyul — Azadmedia.az

    Masallı şəhəri 70 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının inzibati binasında növbəti dəfə seçiciləri ilə ənənəvi qəbul-görüş keçirib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, görüşdə deputat Məşhur Məmmədovla bərabər, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, millət vəkilinin köməkçiləri Əli Nağıyev, Rəmzi Şahverdiyev və Hekayət Nəzərov iştirak edib.

    Belə ki, deputat müxtəlif kəndlərdən olan 14 seçicini qəbul edib.

    Seçicilərin problem və təklifləri tam şəkildə dinlənilib, müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılıb.

    Əksər problemlər yerindəcə həllini tapıb.

    Nəzərinizə çatdıraq ki, müraciətlərin bəziləri nəzarətə götürülüb, qanunvericiliyə uyğun həll edilməsi baxımından aidiyyatı qurumlarla əlaqə yaradılıb.

    Məmmədov həmçinin bildirib ki, “Ölkə rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı sonsuzdur.”

    Deputat həmçinin vurğulayıb ki, “Cənab prezidenti xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, o, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir və bu cür nümunəvi hal hər bir dövlət məmuru üçün bir mənalı şəkildə örnək olmalıdır. Vətəndaşlarımızı qəbul edərək dinləməli və bizlər də problemin həlli üçün bacardığımızı əsirgəməməliyik.”

    Qeyd edək ki, deputat Məmmədovun vətəndaşlarla ənənəvi görüşləri davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR