AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sərhədçilərimiz hər cür təxribatın qarşısını almağa qadirdir”

  • + A
  • - A
  • 27-07-2023, 12:01

    “Sərhədçilərimiz hər cür təxribatın qarşısını almağa qadirdir”

    Məşhur Məmmədov: “DSX bundan öncə də erməni təxribatlarının qarşısını qətiyyətlə alıb”

    “Sərhədçilərimiz hər cür təxribatın qarşısını almağa qadirdir”.

    Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, ermənilərin bugünə qədər olduğu kimi, bundan sonra da sərhədlərimizdə təxribat törətmək cəhdinin qarşısı qətiyyətlə alınacaq:

    “Ermənilərin “Laçın” sərhəd buraxılış məntəqəsində təxribat törədə biləcəyi ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumat İrəvanın məkirli siyasətindən, çirkin məqsədlərindən xəbər verir. Bu məlumat göstərir ki, düşmən hələ də revanşist niyyətlərindən əl çəkməyib.

    DSX-nın mümkün erməni təxribatı ilə bağlı öncədən verdiyi bu məlumat sərhədçilərimizin ayıq-sayıqlığından, vətənimizi, onun sərhədlərini necə böyük məsuliyyətlə qoruduğundan xəbər verir.

    İstər Vətən müharibəsi, istərsə də post-müharibə dönəmində separatçılarla baş verən qarşıdurmalar göstərir ki, sərhədçilərimiz hər cür təxribatın qarşısını almağa qadirdir.

    Xatırladım ki, DSX bundan öncə də erməni təxribatlarının qarşısını qətiyyətlə alıb, düşmənə böyük, sarsıdıcı zərbələr endirib. Əminəm ki, sərhədçilərimiz bundan sonra da düşmən təxribatlarının qarşısını qətiyyətlə alacaq, sərhədlərimizin təhlükəsizliyini etibarlı şəkildə təmin edəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR