AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TIR-ların göndərilməsi antirusiya şousudur - Matevosyan

  • + A
  • - A
  • 1-08-2023, 09:30



    Qarabağa "humanitar yardım"ın göndərilməsi hakimiyyətin növbəti antirusiya şousu idi. Ermənistanda Akkreditə olunmuş diplomatların Kornidzoru ziyarət etməsi isə bu şouda “kütləvi səhnə” idi.

    Bunu erməni politoloq Benyamin Matevosyan deyib.

    Politoloq xatırladıb ki, Qarabağa "humanitar yük"ün göndərilməsinə Moskvada baş tutan üçtərəfli görüşdən sonra qərar verilib:

    “Gəlin birlikdə məntiqli düşünək: Ermənistanın Qarabağa humanitar yardım göndərilməsi ilə bağlı hansısa razılıq əldə olunsaydı, azərbaycanlılar buna mane olmamalı idi, ruslar isə onun çatdırılmasını təmin etməliydilər. Əminəm ki, bununla bağlı ya Sergey Lavrov, ya da Mariya Zaxarova brifinqində məlumat verərdi. Lakin biz gördük ki, Rusiya rəsmilərindən heç biri bu barədə danışmadı. Nəticədə "humanitar yük" yalnız Laçın dəhlizinin başlanğıcına qədər gedə bildi”.

    Matevosyan sözlərinə görə, "humanitar" missiyanı Ermənistan hakimiyyəti üçün “səmərəsiz” adlandırmaq olmaz. Çünki o, bu qərarda başqa, “qeyri-humanitar” motivlər də görür:

    “Biz “nəticə” anlayışının nə demək olduğunu başa düşməliyik. Bizim təqdimatımızla hakimiyyətin baxışı üst-üstə düşürmü? Bunun üçün hakimiyyətin nəzarətində olan mediaya və Teleqram kanallarına baxmaq kifayətdir. Onlar deyirlər: “Ruslar hətta humanitar yardımı Qarabağa apara bilmədi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR