AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubad İbadoğlu barədə qərar dəyişmədi

  • + A
  • - A
  • 1-08-2023, 12:01

    Qubad İbadoğlu barədə qərar dəyişmədi

    Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

    Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda partiya sədrinin vəkili Zibeydə Sadıqova çıxış edərək müvəkkilinin həbsdə qalması üçün zərurət olmadığını deyib.

    Məhkəmə seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığını qeyd edərək təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

    Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiilə ittiham olunur.
    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR