Nazirlər Kabineti “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”ni təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
***
Nazirlər Kabineti “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.