AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda bütün müəssisələrin tətilə buraxılması qərara alındı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 1-08-2023, 19:30

    İranda bütün müəssisələrin tətilə buraxılması qərara alındı -



    İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin tətilə buraxılması qərara alınıb.

    Azadmedia.az xəbər verir ki, bu haqda İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi tviter hesabında açıqlama verib.

    “Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təklifi ilə ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günlərinin tətil olması Nazirlər Şurası tərəfindən qəbul edilib”, - sözçü qeyd edib.
    Qeyd edək ki, son həftələrdə isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə temperaturun 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda isə 40 dərəcə isti gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR