Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin tərəfinin dəvəti ilə
Pekin və Sıçuan vilayətinin Çendu şəhərində işgüzar səfərdə
olub. Bu barədə A
zadMedia.az-a BŞİH-dən xəbər verilib.
Səfər çərçivəsində Çinin ən böyük vilayətlərindən olan
Siçuanın qubernatoru və Pekin şəhər meriyasının rəhbərliyi ilə
görüşlər keçirilib və əməkdaşlığa dair planlar müzakirə edilib.
Eldar Əzizov Pekin və Sıçuan vilayətinin rəhbərləri ilə
keçirilən 2 görüşü xüsusi qeyd edərək bildirib ki, “bu şəhərlərin
rəhbərləri birmənalı olaraq qeyd ediblər ki, İlham Əliyev böyük
şəxsiyyətdir. O, müstəqil siyasət yürüdür, islahatlar aparır və bu
səbəbdən də Azərbaycan post-sovet məkanında seçilir. Biz
Azərbaycanla ilk növbədə İlham Əliyev faktorunu nəzərə alaraq
əməkdaşlıq etmək və iqtisadi münasibətləri inkişaf etdirmək
niyyətindəyik”.
Səfər zamanı Sıçuan Universitetinin həkimləri COVİD-19
pandemiyası dövründə Bakıda işlədikləri zaman ölkəmizin Birinci
Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər cür diqqət
və qayğı ilə əhatə olunduqlarını xüsusi minnətdarlıqla
xatırlayıblar.
Eldar Əzizov vurğulayıb ki, “Dünyanın ən böyük və ən güclü
ölkələrindən biri sayılan Çinin Azərbaycan rəhbərliyinə xüsusi
münasibəti və ehtiramı ciddi göstəricidir”.