AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkədə müşahidə olunan faktiki hava açıqlandı - MHX

  • + A
  • - A
  • 12-08-2023, 13:30

    Ölkədə müşahidə olunan faktiki hava açıqlandı -



    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Avqustun 12-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

    Həmçinin havanın maksimal temperaturu: Avqustun 11-də Bakıda iqlim normasından 5,2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

    Qeyd edək ki, isti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR