AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamentində yerlərin sayı 705-dən 720-yə qaldırıldı - Son dəqiqə

  • + A
  • - A
  • 14-09-2023, 10:44

    Avropa Parlamentində yerlərin sayı 705-dən 720-yə qaldırıldı -


    Avropa Parlamentində (AP) yerlərin sayı 705-dən 720-yə qaldırılıb.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, AP Baş Assambleyasında keçirilən səsvermədə Avropa İttifaqı Şurasının 2019-cu ildəki son seçkidən sonra demoqrafik dəyişikliklərə əsasən AP-dəki millət vəkillərinin sayının 705-dən 720-yə yüksəldilməsi qərarı qəbul edilib.

    Belə ki, müvafiq olaraq, 27 Avropa İttifaqı ölkəsindən 12-nin deputatlarının sayı artırılıb.

    Həmçinin Fransa, İspaniya və Hollandiya hərəyə iki, Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarka isə hərəyə bir deputat göndərəcək.

    Qeyd edək ki, AP-nin 5 illik səlahiyyət müddəti üçün seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR