AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Antiterror tədbirlərinin dayandırılması üçün şərtlərimizə əməl olunmalıdır

  • + A
  • - A
  • 19-09-2023, 21:45

    Antiterror tədbirlərinin dayandırılması üçün şərtlərimizə əməl olunmalıdır

    Məşhur Məmmədov,
    Millət vəkili


    Bu gün Azərbaycan antiterror tədbirlərinə start verdi. Azərbaycan ordusu erməni təxribatının layiqincə cavabını verir. Səhəri kədərli xəbərlərlə açmışdıq, bizim DİN əməkdaşları, o cümlədən AAYDA əməkdaşları minaya düşmüşdü Azərbaycan dövləti hər dəfə terror təxribatı nəticəsində həyatını itirən vətəndaşlarının qisasını layiqincə alır.

    Bu dəfə də günahsız insanların xidməti vəzifələrini yerinə yetirərkən terror təxribatı qurbanları olmasıyla bağlı Azərbaycan antiterror tədbirləri həyata keçirir. 44 günlük Vətən Müharibəsində olduğu kimi xalq yumruq kimi dövlətinin, prezidentinin, ordusunun yanındadır. Bunu sosial şəbəkələrə qısa diqqət yetirməklə görmək mümkündür.

    Siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinin bu addımlarını dəstəkləyir. Təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyası xislətlərinə uyğun olaraq özlərini birlik zamanında kənarda saxlayır. Əli Kərimlinin, Arif Hacılının və İlqar Məmmədovun bu hadisəyə mübasibəti yoxdur və demək olar ki, bu partiyalar vətən, dövlət üçün belə bir həlledici məqamda öz münasibətlırini bildirmir, susmağa üstünlük verir. Daha doğrusu ərazi bütövlüyümüz üçün atılan bu addımları dolayısı ilə dəstəkləmir. Onların bu addımı hansı qüvvələrə xidmət etdiklərini, etdikləri populist çıxışların sadəcə söz yığınından ibarət olmalarını, heç vaxt xalqın, dövlətin, ordunun yanında olmadıqlarını göstərir.

    Ali Baş Komandan İlham Əliyev verdiyi siyasi qərarlarla hər dəfə xalqın rəğbətini qazanır, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da Vətən üçün həlledici məqamlarda Prezidentin qərarlarını dəstəklədiklərini bildirirlər. Xalq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısının torpaqların işğalçılardan, terrorçulardan, təxribatçılardan azad olunmasını fəaliyyətinin prioriteti olmasının şahidi olur. Bu dəfə də belə olacaq!
    Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” məsələsinə münasibət bildirib. Rəsmi Bakı reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib, lakin onlar hər dəfə bundan imtina ediblər.

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

    Biz hər dəfə vətəndaşlarımızın erməni terror təxribatlarına qurban getmələrini səbrlə izləyib, erməniləri sözlə bu yoldan çəkinməyə səslədikcə, onlar daha irəli getdi. Səbrin, danışıqların da qırmızı xəttə qədər yeri var. İndi antiterror tədbirlərinin həyata keçirilməsi zamanıdır. Növbəti addım nə olacaq, qarşı tərəfin baş verənlərdən çıxaracaqları nəticədən asılıdır. Unutmaslnlar ki, əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR