AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün tarixi şans yaranıb

  • + A
  • - A
  • 22-09-2023, 13:28

    Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün tarixi şans yaranıb

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 sentyabr tarixində xalqa müraciətində xüsusi olaraq vurğulamışdır ki, Ermənistan 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyanata zidd olaraq üç il ərzində öz silahlı qüvvələrini və texnikasını bizim ərazimizdən çıxarmayıb.

    Həmçinin Ermənistanda 2021-ci ildə istehsal olunmuş 2700 mina və partlayici qurğu ərazimizə yerləşdirilərək, mülki əhali və öz vəzifə borcunu yerinə yetirən hərbi qulluqçularımıza qarşı açıq-aşkar terror müharibəsi elan edilmişdir. Ermənilərin cinayət əməllərinin nəticəsində 300-dən çox vətəndaşımız mina partlayışından zərər çəkib – ağır yaralanmış və qətlə yetirilmişlər. Ermənistanın ardı-arası kəsilməyən təxribatları fonunda Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Qarabağ iqtisadi rayonunda əmin-amanlığın bərqərar olunması təxirəsalınmaz lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsini tələb etmişdir. Bunun nəticəsində Azərbaycan ərazisində Ermənistanın beynəlxalq hüquqa zidd olaraq yerləşdirilmiş və bu günə qədər çıxarılmamış ordusunun böyük hissəsi tamamilə məhv edilmişdir, hərbi texnikası isə sıradan çıxarılmışdır. Həyata keçirilən əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və marionet separatçı rejimi ciddi təşvişə salmış və cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr Azərbaycan tərəfinin şərtlərini qəbul etmişlər.

    Baş verən hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınan norma və prinsiplərinə sadiqdir və özünün ərazi bütövlüyü və suverenliyini hər bir təhdiddən qorumaq iqtidarındadır. Bununla yanaşı dövlətimizin həyata keçirdiyi tədbirlər birmənalı olaraq nümayiş etdirir ki, Cənubi Qafqazda artıq yeni reallıq formalaşıb və Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb ki, onu heç bir halda əldən vermək olmaz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR