AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlər Milli Məclisə gəldi - Büdcə müzakirə olunur

  • + A
  • - A
  • 2-11-2023, 11:14

    Nazirlər Milli Məclisə gəldi - Büdcə müzakirə olunur

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi müzakirəyə çıxarılıb.

    İclasda komitənin sədri Tahir Mirkişili, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər qonaqlar iştirak edir.

    Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR