Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası dekabrın 30-da baş tutacaq.
İclasda Milli Məclisin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciəti gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.