AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Ülvi Quliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib - FOTO

  • + A
  • - A
  • 18-03-2024, 12:55

    Deputat Ülvi Quliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif edilib - FOTO



    Bakı, 18 Mart — Azadmedia.az

    Hər birimizə məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdi. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis olunmuşdu. Bu il də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif ediliblər.

    Milli Məclisin deputatı və Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev də, sözügedən siyahıda yer alıb. Azadmedia.az xəbər verir ki, bu barədə deputat Ülvi Quliyev öz şəxsi sosial media səhifəsində məlumat verib və cənab Prezidentə minnətdarlığını bildirib.

    Belə ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İlk növbədə ona görə ki, bu təltif xalqımızın və müstəqil Azərbaycanın Xilaskarı Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dövlət təltifinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiq görülməyim isə bir azərbaycanlı kimi mənim üçün xüsusi qürur mənbəyidir. Göstərilən yüksək diqqətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyevin Liderliyi ilə Xalqımıza və Dövlətimizə bundan sonra da yalnız Qələbələr gətirəcək.” - Deyə deputat Ü.Quliyev vurğulayıb.



    Azadmedia.az bu münasibətlə deputatı təbrik edir, vəzifə fəaliyyətində uğurlar arzu edir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR