Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov AzadMedia.az-ın suallarını cavablandırıb.
-Səməd müəllim, Brüssel görüşü başa çatdı. Amma görüşün region üçün gələcəkdə təhlükə yaradacağı istisn deyil. Sizcə, bu görüşün keçirilməsində gerçək məqamlar nədən ibarətdir?
-Təəssüf ki, dünyada bəzi güclər var ki Azərbaycanin regionda yaratdığı reallıqları qəbul etmək istəmir. Ona görə sülh istiqamətində atılan addımlar zamanı müxtəlif təxribatlarla üzləşirik. Məsələn, danışıqlar prosesini təxirə salmaq yaxud da sülhü regionda axtarmaq əvəzinə gedib kənarda axtarmaq cəhdləri.
Brüssel görüşü faktiki olaraq Ermənistanı uçuruma apararaq sülh yox, müharibə ab-havasına sürüklədiyini göstərdi. Belə bir fikir var ki, sülhü başqa ölkələrlə, qitələrlə əldə etmək istəyirsənsə, bu sülhü gündəmdən çıxaracaq və vəziyyəti daha da gərginləsdirəcək
-Görüş öncəsi böyük ajiotaj olsa da, görüş sönük keçdi. Sizcə, görüşün sönük keçməsində Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi nə dərəcədə rol oynadı?
-Birbaşa rol oynadı. Əvvəla, bölgədə sülh və sabitliyin təmin olunmasında Azərbaycan maraqlıdir. Üstəlik regionun ən güclü dövləti Azərbaycandir. O səbəbdən ki Azərbaycan müstəqil dövlətdir. Deməli sülh olsa region da müstəqil olacaq və öz gələcəyi haqqında qərar verə bilmək iqtidarında olacaq. Bu da çox ciddi narahatlığa gətirib çıxaracaq. Ona görə də Ermənistanin əli ilə regiona müdaxilə edirlər. Təəssüf ki Ermənistan müstəqil siyasəti seçməyib və müstəqil qərar vermək iqtidarında da deyil.Onlar düşünür ki, biz regiona müdaxilə etsək, kənar qüvvələri çıxara bilərik. Burada Rusiya faktoru var və onu uzaqlaşdıra biləcəklərini zənn edirlər. Məhz buna görə də Ermənistan alət kimi istifadə olunur.
-Səməd müəllim, bu ilin noyabrında ABŞ-də prezident seçkiləri keçiriləcək. Sizcə Ermənistandan bu məsələdə nə kimi istifadə oluna bilər?
-Burda erməni lobbisinin birbaşa əli var. Çünki normal ölkələrdən fərqli olaraq erməni lobbisi həqiqəti danismaqla yox, siyasətciləri hədələməklə nəyisə əldə etmək istəyir. Parlament üzvlərinə, hökumət başçılarına rüşvət vermək onları ələ almaqla. Biz isə həqiqəti danışırıq. Hətta regionda yeni reallıqlar yaradırıq. Onlar isə Ermənistandan bir alət kimi istifadə edərək guya gücləndirirlər. Hətta görüşdən öncə elə vədlər verirdilər ki. Təhlükəsizliyi təmin edəcəklərini silah verəcəklərini deyirdilər. Brüssel görüşü bir daha onu göstərdi ki, Azərbaycan regionda söz sahibidir. Qərbin isə niyyəti regionda qarışıqlıq yaratmağa hesablanıb.
Biz isə qarışıqlığın yaranmasına heç vaxt imkan verməyəcəyik
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.