Fransada növbədənkənar parlament seçkilərinin ikinci turuna keçən iddialılardan 218-i öz namizədliyini geri götürüb.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Le Monde” nəşri yayıb.
Bildirilir ki, sözügedən namizədlərin bu addımının səbəbi növbədənkənar parlament seçkilərinin ikinci turunda Jordan Bardella və Marin Le Penin lideri olduğu sağçı qüvvələrin qalib gəlməyinə mane olmaqdır.
Həmçinin, seçkidə iştirakını dayandıran namizədlərdən bununla bağlı qərarlarını iyulun 2-si saat 20:00-a qədər təsdiqləmələri tələb edilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.