AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdaşda şadlıq sarayında baş verən qətllə bağlı məhkəmə hökmündən apellyasiya protesti verilib.

  • + A
  • - A
  • Bu gün, 13:21

    Ağdaşda şadlıq sarayında baş verən qətllə bağlı məhkəmə hökmündən apellyasiya protesti verilib.

    1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlində təqsirləndirilən Qadir Məmmədova verilən 10 il 6 aylıq həbs cəzası dövlət ittihamçısını qane etməyib.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1970-ci il təvəllüdlü Qadir Məmmədov Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Dövlət ittihamçısı isə apellyasiya protestində Qadir Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə həbs edilməsini istəyib.

    Məhkəmə araşdırması zamanı əməldə xuliqanlıq motivinin olmadığı qənaətinə gəlinib.

    Mərhumun atası Hafiz Əliyev oğlunun qətlində təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini tələb edib. Onun sözlərinə görə, İlkin evli olub və bir övladı var.

    İlkin İsgəndərli hadisə günü dostları ilə birlikdə Ağdaşda keçirilən toy mərasimində iştirak edib. Toyun sonlarına yaxın mahnı ilə bağlı mübahisə yaranıb. Mübahisə şadlıq sarayının foyesində davam edib və İlkin burada bıçaqlanaraq öldürülüb.

    Mərhumun ailəsi hadisədə bir neçə şəxsin iştirak etdiyini iddia edir. Onlar şadlıq sarayında 28 müşahidə kamerasının olduğunu, lakin cinayət anını əks etdirən görüntülərin əldə olunmadığını bildiriblər.

    Təqsirləndirilən Qadir Məmmədov isə ifadəsində İlkinin oğlu ilə mübahisə etdiyini və onun tərəfindən vurulduğunu deyib. O, bundan sonra üzərindəki xəncərlə İlkinə zərbələr endirdiyini bildirib.

    Apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR