Hacı Mazanın vəziyyəti necədir? - Nazirlikdən açıqlama
Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.
Qeyd edək ki, hadisə Bakı -Astara yolunun 86-cı km-də baş verib. 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili 1987-ci il təvüllüdlü Rəşad Ramiz oğlu Kərimovun idarə etdiyi “Range Rover”lə toqquşub. “Range Rover”də olan Hacı Mazan da xəsarət alıb.