AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis əməkdaşlarına tabesizlik göstərən şəxslər məsuliyyətə cəlb ediliblər

  • + A
  • - A
  • 24-05-2021, 19:46


    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, may ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “Qazel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə saxlanılıblar. Yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.
    Postun fəaliyyətini qısa müddətdə pozan 5 nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib. Onların hər biri barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR