AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada ahıl kişi intihar edib

  • + A
  • - A
  • 6-06-2021, 11:00


    Zaqatalada intihar hadisəsi olub.  

    Azadmedia.az xəbər verir ki, hadisə ötən gün axşam radələrində rayonun Yengiyan kəndində baş verib.

    Belə ki, 1954-cü il təvəllüdlü kənd sakini Nuruməhəmməd İsmayıl oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

    Aparılan ilkin araşdırma zamanı N.İsmayılovun intihar etdiyi məlum olub.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR