Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 300 kiloqram olan 1050 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.