AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə maarifləndirici görüşlər keçiriblər

  • + A
  • - A
  • 25-06-2021, 16:58


    Göyçay Rayon Polis Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə maarifləndirici görüşlər keçiriblər.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, kənd bələdiyyə və icra nümayəndələrinin də iştirakı ilə keçirilən görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu diqqətə çatdırılıb. Belə ki, yanğınların nəinki əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə, əhalinin yaşadığı ərazilərə də ciddi zərər vurma ehtimalının olduğu bildirilib. Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları və həm məhsuldarlığın artması, həm də təhlükəsizliyin təmini məqsədilə müvafiq aqrotexniki tədbirlərin keçirilməsinin vacibliyi barədə tövsiyələr verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR