AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qayınının təcavüz etdiyi deyilən gəlinin qayınatasından ŞOK AÇIQLAMA

  • + A
  • - A
  • 30-06-2021, 13:57


    Cəlilabadda 21 gündür itkin düşən 18 yaşlı Günayə Mirzəyevadan hələ xəbər yoxdur.
    2 ay əvvəl rayonun Edişə kəndindən Uzuntəpə kəndinə Mirzəyevlər ailəsinə gəlin köçən Günayə Mirzəyeva əşyaları ilə birgə yoxa çıxıb.

    Qeyd edək ki, bu günlərdə Günayə Mirzəyevanın qardaşı bacısının qaçma səbəbi ilə bağlı dəhşətli açıqlamalarla gündəmə gəlmişdi.

    İddiasına görə yeznəsi impotent olduğu üçün qaynı bacısına dəfələrlə təcavüz edib. Zorlanma təkrar-təkrar baş verdiyi üçün bacısı evdən qaçmaq məcburiyyətində qalıb. Mirzəyevlər ailəsi isə yayılan ittihamlarla razılaşmır.

    Bu dəfə Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyev olayla bağlı Bizim.Media-ya danışıb. 21 gündür itkin düşən Günayənin tapılması üçün hüquq-mühafizə orqanlarının axtarışlar apardıqlarını deyən qayınata ailəsinin şərəfini yerə vuran gəlininin qaçma səbəbini hələ anlamadığını deyir:

    “2 ay idi ki, gəlin gtirmişdik. İki qızım var, o da üçüncü idi. Onu “anam” deyə çağırırdım. Doğurdan da çox istəyirdim. Haqqını itirə bilmərəm. Qabağıma yemək qoyub, qulluğumuzu görüb. Bir dəfə olsun söz-söhbətimiz, ədavətimiz olmayıb. Niyə belə elədi, anlamıram. Əgər birbaşa gəlib mənə desəydi ki, “ata İbrahimi (oğlunu deyir) istəmirəm, vallah öz əllərimlə aparıb ata evinə qoyardım. Amma qaçmağını, bizi rayonda biabır etməyini, ailəmə ləkə vurmağını qəbul edə bilmirəm”.

    Cabir Mirzəyev gəlinin evdən qaçdığı günü belə xatırladıb:

    “Ayın 8-i İbrahimin dodağında kista olduğu üçün həkimə getməliydik. Səhər süfrəsində hamımız deyib gülə-gülə yeməyimizi yedik. Evdən çıxanda gəlinə də təklif etdik ki, bizlə getsin. Həm də evdə tək qalmasın. İsrar elədi ki, ev işləri ilə məşğul olacaq və tək qalmaqdan qorxmur. Getdik. Bir qədər sonra gəlin oğluma zəng edib, xəstəxanada nə etdiyimizlə maraqlandı. İbrahimin qızla danışandan sonra həyəcanlandığını gördüm. Dedi, ata Günayə evdə deyil, danışanda maşın səsi gəlirdi. Tələsdirdi, nəsə xəstəxanada da işimiz alınmadı deyə evə gəldik. Qapı açıq, öz əşyalarını yığıb və gedib. Sadəcə qızıllara dəyməyib. Nə telefonuna zəng çatır, nə də indiyədək harada olduğu barədə xəbər var. Polisə müraciət etmişik və axtarışdadır”.

    Əxlaqı barədə deyilən xoşagəlməz fikirlərlə razılaşmayan Cabir Mirzəyev gəlinindən artıq hərəkət eşitmədiyini və görmədiyini qeyd edib:

    “Düzdür, özünə baxımlı idi. Evimizdə olduğu müddətdə nəsə edə bilməzdi. Yoxsa özüm onun dərsini verərdim. Atası deyirdi ki, qızı evində telefon işlətməyib. Gəlin gələndən sonra ona kreditlə telefon aldım. Aylıq krediti hələ bitməyib. Sadəcə “Watsapp”da çox otururdu. Yoldaşı bir neçə dəfə irad tutmuşdu, hətta telefonunu da əlindən almışdı. Deyirdi rəfiqələri ilə danışır. Mən də oğluma “anamın telefonunu ver” dedim.

    Bəzən qız elə danışırdı ki, ailəsinin dedikləri ilə üst-üstə düşmürdü. Ailəsinin dediyinə görə qız evdən çölə çıxmayıb. O, isə Bakıda böyüdüyündən danışırdı. Deyirdim qızım nə etmisənsə ata evində qalıb, bizdə isə xanım kimi yaşayacaqsan, mənim balamsan. Oğlumdan əvvəl nişanlı olub və qayıdıb. Bu olaydan sonra nişanlı olduğu ailə ilə görüşdüm. Qızla üzülüşdüklərinə görə şükür edirdilər”.

    Cabir Mirzəyev iki oğlu barədə yayılan iddialara da münasibət bildirib. O, deyib ki, Günayənin qardaşı və ailəsini bu iyrənc ittihamlara görə məhkəməyə verəcək:

    “Tək mənim ailəmə deyil, bütün Azərbaycana şərəfsizlik və ləkə gətirdilər. Qız üzə çıxsın, haqq yerini tapsın, onları məhkəməyə verəcəyəm. Bu nə biabırçılıq idi başımıza gətirdilər. Kimsə kimisə məcbur arvad edə bilər? Bizi rayonda xar etdilər, insan içinə çıxa bilmirik. Hər halda qız xoşluqla çıxıb gedə bilmədiyi üçün belə bir böhtan atdı. Elə bil, evimi gəlib dağıdıb getmək üçün plan qurmuşdu. İbrahimin kişilik funksiyası da, səhhəti də yerindədir. Sadəcə anadangəlmə II qrup əlildir. Bunu sübut edəcək həkim və ekspertiza da var.”

    Danışıq əsnasında Günayənin qayınanası da söhbətə qoşulub. Ana övladlarının adını ləkələyən gəlinlə və onun qardaşı ilə bağlı fəryad edib:

    “Bu bizim üçün böyük bir dərddir. Ailəmə, övladlarıma namussuzluq edildi. Görün bu şərəfsiz qardaş bacısı itkin düşə-düşə necə iyrəncliklər danışıb. Bacısı üzə çıxanda üzünə necə baxacaq? Mənin oğlanlarım tərbiyəli, namaz qılıb, oruc tutan uşaqlardır. Bu günə qədər ailəmizdə ləkə olmayıb. 2 aylıq gəlin görün nə hoqqa çıxarıb qaçdı. Günayə 4 il oğlumu istəyib, xəstəliyini də bilib və qəbul edib.

    Əgər oğlum ona zor tətbiq edibsə və ya hansısa alçaq hərəkətlərə yol veribsə, qışqırardı, bizə şikayət edərdi. Yaxud Cəlilabad rayon Polis Şöbəsinə gedərdi. Qaçmaq nə deməkdir? İndiki gəlinlər bir şey olan kimi evdən qaçırlar. Ailəmə qarşı olmayan çirkinliklər yazılır, haqsızlıqlar edilir. Günayə sağ-salamat ortaya çıxsın, onun anasını, atasını və qardaşını məhkəməyə verəcəyik. Nə ixtiyarla ailəmizi şərləyib gedir? Öncə özlərini fikirləşsinlər ki, bu nə şərəfsiz hərəkətdir ediblər.

    Xatırladaq ki, Cəlilabadın Uzuntəpə kəndinə gəlin köçən 2003-cü il təvəllüdlü Şükürova Günayə Bəxtiyar qızı 21 gündür ki, ər evindən qaçıb. BizimMedia


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR