AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Direktor uşaqları bıçaqla təhdid edib

  • + A
  • - A
  • 7-07-2021, 12:26


    Tanınmış jurnalist Elşad Məmmədli Göyçayda vəzifə tutan qardların özbaşınalığından bəhs edib. Azadmedia.az jurnalistin şəxsi facebook səhifəsində yazdıqlarını təqdim edir:

    "Göyçay Peşə Liseyinin direktoru Qabil Zeynalov azyaşlı uşaqları bıçaqla təhdid edib. Və bu uşaqlar mənim qardaşımın uşaqlarıdır!

    Hadisə belə olub: Bir neçə gün öncə qardaşımın uşaqları Göyçayda babalarının həyətinin qarşısında məhəllə uşaqları ilə futbol oynayarkən həmin məhəllədə yaşayan Qalib Zeynalov sərxoş vəziyyətdə uşaqları təhdid edib, qovub. Bununla ürəyi soyumayıb, topu uşaqlardan alıb və maşınında gəzdirdi bıçağı götürərək, topu partladıb və özlərini də küçə spöyüşləri ilə təhqir edib. Bundan sonra o sərxoş vəziyyətdə maşınına oturaraq harasa gedib.
    Qardaşım hadisədən xəbər tutduqdan sonra Qalib Zeynalova telefon açıb, ona etdiyi hərəkətin müəllim adına yaraşmadığını, uşaqların sarsıldığğını bildirib. Ondan xahiş edib ki, uşaqların topunu alıb versin.
    "Yaxşı" deyən Qalib bundan sonra öz qafasına uyğun hərəkət edib. "Qara məni basınca, mən qaranı basım" prinsipi ilə polisə ərizə yazıb ki, guya qardaşım onu hədələyir. Hansı ki, qardaşımın ona votsapda yazdığı mesaj durur, orada yalnız topu alıb verməsini xahiş edib.

    Qardaşımı polis şöbəsinə çağırıblar, rəis müavini onu dinləyib və Qalib Zeynalovun əməlinə hüquqi qiymət verilməsi üçün işin məhkəməyə göndəriləcəyini bildirib.
    Qalib Zeynalov isə iki gündür telefonlara cavab vermir.
    Uşaqlara bıçaqla hədə qorxu gələn adam necə Peşə Liseyninin direktoru işləyir?
    Bu həmin Qalib Zeynalovdur ki, liseyin şagirdlərinin təqaüdünü mənimsəməklə məşğuldur. Qardaşı Famil Zeynalov isə uzun illər ərzində Göyçay xəstəxanasının rəhbəri olduğu müddətdə rayonun səhiyyə sistemini məhv edib. Bircə fakt - xəstəxana üçün ayrılan lifti aparıb öz evinə quraşdırmışdı və buna görə barəsində araşdırma başlanmışdı...
    Hörmətli Emin Əmrullayev, bu adamın fəaliyyətini, psixoloji durumunu araşdırmağınızı rica edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR