AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Relax"ın çayçısının meyiti axan dağ çayında aşkar olundu

  • + A
  • - A
  • 9-07-2021, 23:33


    Lerik rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunmuşdur. Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmişdir.
    Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
    İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR