Kür çayının Salyan rayonundan keçən hissəsində kişi meyiti aşkar olunub. Meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur. Azadmedia.az xəbər verir ki, bu barədə Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat yayıb. Mərhum Vətən Müharibəsi iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif olunmuşdu.
İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.