AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda “patı” alverçiləri saxlanılıb, birindən qumbara aşkarlanıb

  • + A
  • - A
  • 27-07-2021, 14:06


    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi , alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) və üzərində daşıdığı sellofan torbadan 1 ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.
    Keçirilən daha bir əməliyyat –axtarış tədbirləri nəticəsində isə saxlanılan əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb. Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin E.Qafurov olduğu müəyyən edilib.
    Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR