Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusa yoluxub və "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.
Azadmedia.az bildirir ki, "Yeni klinika"dan APA-ya verilən məlumata görə, Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır. Xəstədə 85 % ağciyər tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.