Azərbaycan vətəndaşı Rusiyada ağır yol qəzasında təqsirləndirilir.
Modern.az xəbər verir ki, Xantı-Mansiysk Muxtar Dairəsinin Sovetskiy rayonunda baş verən qəza zaman 29 yaşlı adı açıqlanmayan Azərbaycan vətəndaşı ötmə əməliyyatı icra edən zaman “Pervaya Sovetskaya” qəaetinin baş redaktoru Olesya Şarninanı vurub.
Xəstəxanaya çatdırılsa da, 38 yaşlı jurnalistin həyatını xilas etmək mümkün olmayıb. Rusiyada işləmə icazəsi olan Azərbaycan vətəndaşının isə narkotik vasitələrin təsiri altında maşını idarə etdiyi müəyyən olunub.
Faktla bağlı açılan cinayət işi çərçivəsində soydaşımızı 12 ilə qədər həbs qəzası gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.