Şəhid mayor Rəhim Hüseynovun ildönümündə iştirak etmək üçün Bakıdan Zərdab rayonuna gedən həyat yoldaşı Günel Hüseynova yol qəzası nəticəsində dünyasını dəyişib.
Azadmedia.az-ın Yenicag.az-a istinadən məlumata görə, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun mayoru Rəhim Qədir oğlu Hüseynovun ildönümüdür. O, 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.
Şəhidin ildönümü mərasimi ilə əlaqədar övladı ilə Zərdab rayonuna gedən Günel Hüseynova Kürdəmirdə ağır yol qəzası nəticəsində vəfat edib. İlkin məlumata görə, qəza nəticəsində sürücü də ölüb. Avtomobildə olan uşaq isə xəsarət alıb. Şəhidin ikinci oğlu olan uşaq hazırda xəstəxanadadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.