Suraxanı rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.