AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda telefonu şarja qoyan oğlan partlayış nəticəsində həyatını itirdi

  • + A
  • - A
  • 21-09-2022, 01:55

    Masallıda telefonu şarja qoyan oğlan partlayış nəticəsində həyatını itirdi

    Masallının birmərtəbəli yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan şəxs vəfat edib.

    Azadmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 17 sentyabr tarixində rayonun Mollahəsənli kəndində Dünyaxanım Cəfərovaya məxsus fərdi yaşayış evində qaz sızması baş verib. Onun oğlu, 23 yaşlı Kamran səhər yuxudan oyanarkən telefonu şarja taxıb və bu zaman elektrikdən çıxan qığılcım partlayışla nəticələnib.

    O, Bakıya 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, ötən gecə vəfat edib.

    Qeyd edək ki, Kamran Həsən oğlu Cəfərov evin yeganə övladı idi və nişanlı idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR